MDB Hökumət Başçıları Şurasının növbəti iclası Soçidə keçiriləcək

MDB Hökumət Başçıları Şurasının növbəti iclası Soçidə keçiriləcək
  03 Fevral 2023    Oxunub:708
MDB Hökumət Başçıları Şurasının növbəti iclası bu ilin iyun ayında Soçidə keçiriləcək.
Rusiya hökumətinin sədri Mixail Mişustin Qazaxıstanda keçirilən forumda çıxışı zamanı MDB Hökumət Başçıları Şurası ilə yanaşı, Avrasiya Hökumətlərarası Şurası və Avrasiya Konqresinin də təşkil olunacağını deyib.

O əlavə edib ki, həmin günlər keçirilməsi nəzərdə tutulmuş “Avrasiya bizim evimizdir” sərgisində Avrasiya İqtisadi Birliyinə daxil olan beş ölkə, habelə tərəfdaş dövlətlərin nailiyyətləri nümayiş etdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti