Gəndob-Yalama yolundakı qəzada ölən və yaralananların adları - YENİLƏNİB

   Gəndob-Yalama yolundakı qəzada ölən və yaralananların adları -    YENİLƏNİB
  17 Mart 2023    Oxunub:817
Gəndob-Yalama yolunda "KaMaz"la "TIR"ın toqquşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun xəbərinə görə, qəzada hər iki sürücü - Rusiya vətəndaşı 1986-cı il təvəllüdlü Nəriman Ramazanov və Şabran rayon Rəhimli kənd sakini, 1972-ci il təvəllüdlü Ayaz İskəndərov ölüblər, sərnişin Əmirxanlı kənd sakini Elçin Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
***
Şabranda 2 yük maşını toqquşub, ölənlər var.

Hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

İlkin məlumata görə, hadisəyə səbəb "KaMAZ" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.

Faktla bağlı araşdırma aparılır.
***
Quba-Gəndob-Yalama yolunun 8-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən AzVision.az -a bildirilib ki, qəza zamanı "KamAZ" və TIR toqquşub.

Hadisə nəticəsində "KamAZ"ın sürücüsü dünyasını dəyişib.
AzVision.az




Teqlər:





Xəbər lenti