İrandan Naxçıvana təhdid: Sərhədə 300 hərbi texnika gətirilib

İrandan Naxçıvana təhdid:   Sərhədə 300 hərbi texnika gətirilib
  25 Mart 2023    Oxunub:3254
İranın Azərbaycana qarşı hərbi təxribatları davam edir. AzVision.az xəbər verir ki, cənub qonşumuz bu dəfə Naxçıvanla sərhəddə təlimlərə hazırlaşır.
Ermənistan-İran Strateji Əməkdaşlığın İnkişafı Mərkəzinin təsisçisi Puya Hosseyninin yaydığı məlumata görə artıq bu istiqamətdə tədbirlərə başlanılıb: “Bəzi İran mənbələri Tehranın Azərbaycan, xüsusən də Naxçıvan sərhədi yaxınlığında yeni hərbi təlimlər keçirməyə hazırlaşdığını bildirir".

İranın hərbi təyyarəsi Zəngilan istiqamətində təxribatçı uçuşlar aparıb
Erməni mediasına açıqlama verən Hosseyni iddia edib ki, artıq bölgəyə 300-dən çox hərbi texnika və tank yerləşdirilib.

Bu arada SEPAH-ın da Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplaması barədə məlumatlar yayılıb. “Azad İran” “Telegram” kanalı İran ordusunun Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərinə yığdığı silah-sursat və əsgərlərin məkanından yeni görüntülər əldə edib.

Kanal “SEPAHCYBERY”yə istinadla SEPAH rəhbərliyinin Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşdığını vurğulayıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra İran Ermənistanla təkcə siyasi sferada deyil, iqtisadi sahədə də əməkdaşlıqları xeyli gücləndirib. Bu da azmış kimi Tehran Azərbaycanla sərhəddə xeyli sayda hərbi təlimlər keçirir, Ermənistana qarşı hərbi güc tətbiq ediləcəyi təqdirdə İrəvanı tək qoymayacaqlarını bəyan edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Təxribat   Naxçıvan  





Xəbər lenti