Sarayda ağır qəzada üç nəfər ölüb - YENİLƏNİB

Sarayda ağır qəzada üç nəfər ölüb -  YENİLƏNİB
  27 Mart 2023    Oxunub:1965
Abşeron rayonun Saray qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Martın 27-də axşam saatlarında “Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub. Hadisə zamanı üç nəfər: 2018-ci il təvəllüdlü Hüseynli Zəminə, 2007-ci il təvəllüdlü Məryəm Allahverdiyeva və 1974-cü il təvəllüdlü Afət adlı şəxs dünyasını dəyişib. Qəza zamanı xəsarət almış bir ailənin 4 üzvü Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Xəstəxananın baş həkimi Rauf Sadıqov bildirilib ki, qəza nəticəsində müxtəlif bədən travmaları alan 2019-cu ildə anadan olmuş Mehdi Hüseynli, 2016-cı ildə anadan olmuş Hüseyn Hüseynli, 1984-cü ildə anadan olmuş Nərminə Hüseynova və 1989-cu ildə anadan olmuş Nurəngiz Hüseynliyə müvafiq tibbi yardım göstərilib. Sonra pasiyentlərin öz xahişi ilə onlar özəl klinikalardan birinə aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub.

Bu barədə AzVision.az -a FHN-dən bildirilib. "112" qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti