Yağışdakı rəqsin anlamı – Sivva yeni klipinin mesajını açıqladı (Video)

Yağışdakı rəqsin anlamı – Sivva yeni klipinin mesajını açıqladı    (Video)
  25 May 2023    Oxunub:1912
Bir çox məşhur mahnıların bəstəkarı, müğənni Sivva (Sevinc Ağasıyeva) "Bu sənmisən" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib. Klipin rejissor işi Emin Muradova həvalə edilib.
Sivva ilk dəfə başqa bir bəstəkardan mahnı oxuduğunu bildirib. Bəstənin söz və musiqisi İsmayıl Əliyevə, aranjimanı Camal Qurbanova aiddir. “İlk dəfədir başqa bəstəkardan mahnı götürdüm. Beş-altı mahnı içərisindən seçdim. Oxuyanda hiss etdim ki, bəstəyə aşiqəm”,- müğənni deyib.


Ekran işindəki rəqsi ilə diqqət çəkən Sivvanın sözlərin görə, mahnını dinləyəndə artıq rəqs təsəvvürümdə yaranmışdı: "Bu rəqsə qısa müddətdə hazırlaşdım. 1 ay ərzində iki xoreoqrafla çalışdım. Bütün komandam hər şeyi təşkil etdi. Bunun üçün peşəkar ayaqqabı da aldıq. Amma yağışda onunla rəqs etmək çətin idi. Səhərə qədər tərəf-müqabilim Kamil Bayramovla suyun altında əsirdik, hətta ayağım sürüşürdü. Amma nəticə yaxşı oldu. Çoxları şlyapamı da bəyənib. Oradakı saçaqlar da yağışı əks etdirir. Klipin içində ehtiras da, göz yaşı da, təəssüf hissi də, sevgi də var".


Sivvanın sözlərinə görə, mahnıda qadınlara emosiyalarına qalib gəlib, hisslərini idarə etməyin önəmi barədə mesaj göndərib. “Ətrafımda o qədər xanım var ki, oğlan gedir, qayıdanda onu bağışlayırlar. Hisslərinizə qapanıb, iki, üç dəfə səhv etməyin. Burada göstərmişəm ki, bir qadının ağlı emosiyalarına qalib gəlir",- müğənni vurğulayıb.



Teqlər: Musiqi  





Xəbər lenti