İranı 10 min həkim tərk edib

   İranı 10 min həkim tərk edib
  29 May 2023    Oxunub:917
Son illər daha yaxşı güzəran tapmaq üçün İrandan 10 minə yaxın həkim xaricə gedib. Bu miqrasiya dalğasının əsas istiqaməti ərəb dünyasıdır.
AzVision.az “Rokna” saytına isitnadən xəbər verir, bu barədə İslam şurasının Səhiyyə və tibb komissiyasının rəhbəri Hüseyn Əli Şəhriyari son iki ildə əksəriyyəti mütəxəssis və yarımmütəxəssislərdən ibarət olan 10 minə yaxın həkim yaxşı vəziyyət haqqında sertifikat aldıqdan sonra xaricə üz tutduğunu söyləyib.

- Bu insanların bir çoxu Fars körfəzi ölkələrində çox yüksək maaşlar alma ehtimalına görə Avropa ölkələrinə köçməyi ağlına belə gətirmir. Onlar Oman və BƏƏ kimi ölkələrə miqrasiya edirlər. Ərəb ölkələri iranlı həkimlərin miqrasiya üçün əsas ünvanına çevrilib. İranda yaxın illərdə bir çox ixtisas və yarımixtisas sahələri boş qalacaq. Təəssüf ki, biz özəl və hətta dövlət tibb mərkəzlərində böyük insan resursları çatışmazlığı ilə üzləşirik və görünür, hökumət bunu kompensasiya etmək niyyətində deyil” - iranlı məmur vurğulayıb.

“Yaxşı vəziyyət” sertifikatı tibb sistemi təşkilatı tərəfindən verilir və onun məqsədi təyinat ölkəsinə gedən tibb işçilərinin pis keçmişinin olmadığını sübut etməkdir.
Bir çox səhiyyə rəsmiləri İranda tibb işçilərinin miqrasiyasının böyük dalğası və onun gələcəkdə neqativ nəticələri barədə dəfələrlə xəbərdarlıq ediblər.

AzVision.az


Teqlər: İran   həkimlər  





Xəbər lenti