Fransada sel və daşqın olacağı ilə bağlı “qırmızı” xəbərdarlıq elan edilib

Fransada sel və daşqın olacağı ilə bağlı “qırmızı” xəbərdarlıq elan edilib
  16 Sentyabr 2023    Oxunub:1005
Fransanın cənubunda Ero departamentində gözlənilən leysan yağışları səbəbindən yaranacaq daşqın təhlükəsi ilə əlaqədar “qırmızı” xəbərdarlıq səviyyəsi elan edilib
AzVision.az xəbər verir ki, bu barədə Fransanın “Meteo-Fransa” meteoroloji xidməti məlumat yayıb.

Meteoroloji xidmətin dərc etdiyi infoqrafik xəritəyə əsasən, Ero departamentində “qırmızı” xəbərdarlıq səviyyəsi elan edilib.

Şimaldakı daha iki qonşu departamentə mümkün daşqın səbəbindən “narıncı”, şərqdə isə üç departamentdə sadəcə şiddətli tufan olacağı ilə bağlı “sarı” xəbərdarlıq səviyyəsi verilib.

AzVision.az



Teqlər: Fransa   Sel  






Xəbər lenti