ƏƏSM şəhid övladları üçün bayram tədbirləri keçirib - FOTOLAR
26 Mart 2024
Oxunub:1131
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə şəhid övladları üçün Novruz şənlikləri təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Salyan, Bərdə, Beyləqan və Tovuzda keçirilən bayram tədbirlərinin məqsədi şəhid övladlarının asudə vaxtlarının səmərəli təşkili olub.
Şənliklərdə ümumilikdə 2 mindən çox şəhid övladı iştirak edib.
Novruz adət-ənənələrinin nümayiş olunduğu tədbirlərdə təqdim edilən şeirlər, musiqi və rəqs nümunələri, həmçinin əyləncəli proqramlar, viktorinalar iştirakçılarda xoş əhval yaradıb.