Lerikdə 11 nəfər qidadan zəhərlənib

Lerikdə 11 nəfər qidadan zəhərlənib
  27 Mart 2024    Oxunub:1083
Lerik rayonunda kütləvi zəhərlənmənin sanitar-gigiyenik norma və tələblər gözlənilmədən istehsal olunan qidadan baş verdiyi ehtimal olunur.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AzVision.az -a verilən məlumata görə, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən, o cümlədən saxlama şəraitinə və temperatur rejiminə əməl olunmadan açıq hava şəraitində həmin şəxslər tərəfindən istehlak üçün hazırlanmış qida məhsullarını qəbul etdikdən sonra tibbi yardıma müraciət olunub.

Bildirilib ki, hazırda zərərçəkənlərin sağlamlığı normaldır. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir: "Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, Lerikdə istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib. Onların 3 ailənin üzvü olduğu qeyd edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti