"Yanğında yaralanan 5 nəfərin müalicəsi davam edir" - KTM

   "Yanğında yaralanan 5 nəfərin müalicəsi davam edir" -    KTM
  01 Aprel 2024    Oxunub:1912
Dünən Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində 16 mərtəbəli yaşayış binasında baş verən yanğından xəsarət alanların son vəziyyəti açıqlanıb.
Bakıda yaşayış binasındakı yanğın söndürülüb, 15 nəfər xəsarət alıb - YENİLƏNİB
Kliniki Tibbi Mərkəzdən AzVision.az -a verilən məlumata görə, KTM-ə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilib, evə buraxılıb.

"Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə mərkəzdən məlumat verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Yanğın  





Xəbər lenti