"Uşaq mənimdir, mən bilərəm" - 1 yaşlı övladına siqaret çəkdirən ata

 "Uşaq mənimdir, mən bilərəm" -  1 yaşlı övladına siqaret çəkdirən ata
  02 Aprel 2024    Oxunub:1109
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə azyaşlı övladına siqaret çəkdirən Nəbili Məhəmməd polis tərəfindən saxlanılıb. O, əməlini sosial mediada auditoriya toplamaq məqsədi ilə izah edib. Baş verən bu hadisə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
AzVision.az xəbər verir ki, daha sonra həmin şəxs ona rəy yazanları tənqid edib.
1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - Foto


O deyib ki, uşağına siqaret çəkdirməyib:

"Heç kim mənlə birgə uşaq böyütmür. Övladımla bağlı rəy yazırlar. Mən siqareti uşağın ağzına yaxınlaşdırmamışam, uzaqdan tutmuşam. Üzdən iraqlara ev verirlər, 300-400 minlik maşın alırlar. Niyə gedib onlara şərh yazmırsınız? Ancaq mənim siqaret tutmağıma fikir bildirirsiniz. Fikirlərimi şərh yazanlara aid edirəm. Uşaq mənimdir, özüm bilərəm. Əziyyətlə, əl qabarımla övlad böyüdürəm. Mənim nə etdiyimin kiməsə dəxli yoxdur".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:  





Xəbər lenti