Uşaqlar arasında xəstəliklər niyə artıb? – Pediatr izah edir
Xəstəklilər niyə artıb?
Həkim-pediatr Aytən İsmayılzadə AzVision.az-a bunun səbəbini qidalanmanın düzgün olmaması ilə izah etdi:
“Xəstəliklərin yaranmasının başlıca səbəblərindən biri qida rasionunda zərərli maddələrin çoxluğudur . Uşaqlar üçün nəzərdə tutulmuş qidalarda dadlandırıcı, rəngləndirici və digər kimyəvi maddələr çoxluq təşkil edir. Suda yod çatışmır. Artıq dərmanlardan istifadənin də fəsadları çox olur .
Uşaqlar düzgün qida ilə hələ ana bətnində təmin olunmalıdırlar. Buna görə də, dünyaya uşaq gətirməyi planlaşdıran analar hər şeydən əvvəl öz qidalanmasına diqqət yetirməlidirlər. Bəzi hallarda hamilələrin toksinlərlə yüklənməsi dölün beyin inkişafından qalması, hətta onkoloji problemlərə gətirib çıxarır ”.
Həkimin sözlərinə görə, sağlam gələcəyi təmin etmək üçün müvafiq təbliğatların aparılması vacibdir :
“İnsanları düzgün qidalanmaya sövq etmək üçün kampaniyalar aparılmalıdır. Bu baxımdan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasını təqdirəlayiqdir. Bunlar davamlı olmalıdır, xüsusilə də təhsil müəssisələrində. Bundan başqa, bağça və məktəblərdə sular yodlaşdırılmalıdır ki, ən azından uşaqların sağlamlığı üçün bu vacib tələbat ödənilsin”.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: