Laçında zəlzələ olub

Laçında zəlzələ olub
  23 Noyabr 2024    Oxunub:297
Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AzVision.az -a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.
AzVision.az



Teqlər:





Xəbər lenti