Sikorski: “Ukrayna döyüşü dayandırsa daha mövcud olmayacaq”
“Hamı sülh istəyir. Əgər Ukrayna təslim olsaydı, sülh olardı. Ona görə də Putin də sülh istəyir. Məsələ söhbətin hansı şəraitdə getdiyindən asılıdır”, - polşalı nazir qeyd edib.
Onun sözlərinə, söhbət BMT Nizamnaməsinə əməl olunub-olunmamasında, Ukraynanın, o cümlədən Rusiyadan əvvəllər aldığı təhlükəsizlik zəmanətlərinə əməl edilib-edilməməsindədir və məsələ buna necə nail oluncağındadır.
“Ukrayna döyüşü dayandıranda müharibə bitməyəcək, çünki bu halda Ukraynanın mövcudluğu da bitəcək. Putin döyüşü dayandırdıqda müharibə bitəcək. Bu o deməkdir ki, o, müharibənin səhv olduğu və qalib gələ bilməyəcəyi qənaətinə gəlməlidir. O, əslində buna özünü göstərdiyindən daha yaxındır. Putin özünü öyən adamdır. O, hipotetik danışıqlarda rol almağa çalışır, lakin ABŞ, Avropa və Ukraynanın onun düşündüyündən daha güclü kartları var”, - Radoslav Sikorski iddia edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Sikorski Rusiya Ukrayna