`Azərbaycan Türkiyəni önəmli oyunçuya çevirib` - Sahib Alıyev

`Azərbaycan Türkiyəni önəmli oyunçuya çevirib` - Sahib Alıyev
  03 Sentyabr 2014    Oxunub:4832
“Cənab Ərdoğanın Türkiyə prezidenti kimi ilk səfərini Azərbaycana etməsi tam anlaşılandır. Çünki Azərbaycan və Türkiyə təbii müttəfiqlərdirlər. Bu müttəfiqlik sadəcə dövlət maraqları üzərində qurulmayıb. Ortaq keçmişimiz, xalqlarımızın bir -birinə olan doğmalığı, sayğısı və sevgisi üzərində qurulub”.

Bu sözlər millət vəkili, siyasi təhlilçi Sahib Alıyevə aiddir. Onun fikrincə, indiki geosiyasi balansın pozulduğu bir dönəmdə Azərbaycan və Türkiyənin eyni mövqedən çıxış etmələri, özü də təkcə təbii deyil, həm də səmimi müttəfiqlər kimi çıxış etmələri olduğca önəmlidir:

- İki ölkə arasında qarşılıqlı faydaya və yardımlaşmaya dayanan bu əməkdaşlıq son zamanlar üçlü formatlar çərçivəsində də reallaşdırılmaqdadır. Gürcüstan, İran və Türkmənistanla gerçəkləşdirilən bu üçlü əməkdaşlıq Azərbaycan və Türkiyə diplomatiyasının birgə uğurları kimi qiymətləndirilməlidir. Mən düşünürəm ki, bu formatda gerçəkləşdirilən əməkdaşlıq “Vışeqrad üçlüyü”nün əldə etdiyindən daha uğurlu nəticələrə aparıb çıxara bilər. Çünki bu üçlükdəki müttəfiqlik daha təbii və indiki dövrün reallıqlarını nəzərə alsaq, tərəflər üçün daha vazkeçilməz əməkdaşlıq formatıdır.

Sahib Alıyevə görə, səmimi və təbii müttəfiqliyin nəyə aparıb çıxardığını Azərbaycanla Türkiyə artıq atdıqları addımlarda göstəriblər: “Baxın məhz Xəzərin karbohidrogen ehtiyatlarının Türkiyə üzərindən qərbə çatdırılması nəticəsində bu qardaş ölkə önəmli bir enerji oyunçusuna çevirilib. Halbuki Türkiyənin özünün nə nefti, nə də qazı var. Müəllifi cənab İlham Əliyev olan Bakı-Tiflis-Qars dəmir yolu xətti isə Türkyənin Böyük İpək Yolu üzərindəki keçmiş möhtəşəmliyini özünə qaytara bilər. Trabzon limanı təzədən Uzaq və Yaxın Şərqdən daşınan yüklərin ən çox cəmləşdiyi mərkəzlərdən biri halına gələ bilər. Yəni Rus İmperiyasının basqıları altında nəqliyyat qovşağı, Avrasiya anbarı kimi önəmini itirmiş Trabzonun önündə yeni üfüqlər açılır. Təbii, ki Azərbaycanın böyük qatqısıyla”.

Ekspert ümid edir ki, yaxın gələcəkdə hər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq da yeni, daha yüksək səviyyəyə qaldırılacaq və bəzi ölkələr görəcəklər ki, forpost olmadan da sıx əməkdaşlıq mümkündür.


Teqlər:





Xəbər lenti