Yevlaxda avtomobil yolları abadlaşdırılır

Yevlaxda avtomobil yolları abadlaşdırılır
  09 Dekabr 2013    Oxunub:1570
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Yevlax rayonunda avtomobil yollarının yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir.

AzVision.az xəbər verir ki, Yevlax şəhər icra hakimiyyətindən bildiriblər ki, Dövlət Proqramı çərçivəsində Xaldan-Mingəçevir yolunda 10, Nemətabad və Nərimanabad kəndlərindin girişində 4,3, Xaldan və Yuxarı Bucaq kəndlərində 5,2, Malbinəsi kəndində 6, Yevlax şəhəri daxilində isə 42,3 kilometr yollar yenidən qurularaq asfaltlanıb.

Ölkə başçısının 11 iyul 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq rayonun 11 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı, Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yollarının yenidən qurulmasına başlanıb. Artıq yolun Səmədabad-İsmayılabad-Bünyadabad kəndlərini birləşdirən birinci hissəsinin tikintisi başa çatıb. Yolun digər hissəsində işlərin 2014-cü ildə yekunlaşması nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti