Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mediatur təşkil olunub

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mediatur təşkil olunub
  05 İyun 2026    Oxunub:213
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mediatur olub.
Milli Observatoriyanın fəaliyyəti ilə tanış olan media nümayəndələri qurumun Qiymətləndirmə Mərkəzində Nazirliyin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqələrin imtahan mərhələsini izləyiblər.

Jurnalistlərə imtahanların təşkili prosesində tətbiq olunan qiymətləndirmə mexanizmləri və şəffaflıq prinsipləri barədə məlumat verilib.

Onlar daha sonra Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində olub, buradakı təlim prosesini izləyiblər. Cari ilin 5 ayı ərzində Mərkəzdə 2700-dən çox əməkdaş üçün funksional və yumşaq bacarıqlar üzrə 93 mövzuda 140 təlimin təşkil olunduğu bildirilib.

Qeyd olunub ki, təlimlərin əsas məqsədi əməkdaşların peşəkar inkişafına, idarəetmə və kommunikasiya bacarıqlarının gücləndirilməsinə yönəlib.

Mediatur zamanı iştirakçılar həmçinin Milli Observatoriyada əmək bazarının monitorinqi və sosial müdafiə sahəsində aparılan tədqiqatlar barədə məlumatlandırılıblar.

AzVision.az



Teqlər:



Xəbər lenti