- Son on üç il ərzində mənə göstərdiyiniz davamlı etimadı şəxsi uğurum kimi qiymətləndirmirəm. Əksinə, bunu Assambleyamızı daha da gücləndirmək və bizi birləşdirən dəyərlərin təşviqinə xidmət etmək üçün üzərimə düşən böyük məsuliyyət kimi qəbul edirəm,- Azay Quliyev deyib.
Onun sözlərinə görə, ATƏT məkanının görünməmiş geosiyasi, geoiqtisadi, texnoloji, ekoloji və təhlükəsizlik çağırışları ilə üz-üzə qaldığı bir dövrdə parlament diplomatiyası hər zamankından daha böyük əhəmiyyət daşıyır: “Bütün məsələlərdə eyni mövqedə olmaya bilərik, lakin hamımızın ortaq məsuliyyəti dialoq yolu ilə həll yolları axtarmaq və başqalarının ayrılıq gördüyü yerdə körpülər qurmaqdır. Bu münasibətlə Komitəmizin sədr müavini Artur Gerasımova və məruzəçisi Paula Kardozoya birlikdə formalaşdırdığımız səmərəli əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm. Güclü və həmrəy rəhbərlik komandası kimi əldə etdiyimiz nəticələrlə qürur duyuram və bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram”.







Vaxtında, Aydın, Lazımlı!


