Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib
  27 İyun 2026    Oxunub:361
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze Ermənistana rəsmi səfər edib.
Bu barədə Gürcüstan DTX məlumat yayıb. Bildirilir ki, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüşüb.

Görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq məsələlərini, regionda baş verən hadisələri və mövcud çətinlikləri nəzərdən keçiriblər. Qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.


Teqlər:



Xəbər lenti