Paralel dünyada keçən koma

   Paralel dünyada keçən koma
  17 İyun 2026    Oxunub:237
Fransanın Lion şəhərində qəribə hadisə baş verib. 19 yaşlı Kleliya Verdye (Clelia Verdier) uğursuz intihar cəhdindən sonra komaya düşüb. 3 həftəlik komadan çıxandan sonra ilk soruşduğu qızları olub. Məlum olub ki, komada keçirdiyi 3 həftə ona 7 il kimi gəlib. Bu müddətdə o, sevərək ərə gedib və 3 qız dünyaya gətirib.
Kleliya 7 illik həyatını ən xırda təfərrüatlarına qədər həkimlərə danışıb. Komada keçirdiyi 3 həftə ərzində yaşadığı 7 ilin hər günü onun yadında idi. O, doğumun ağır keçməsindən, 3 qızından birinin doğuş zamanı ölməsindən, bu kədəri aylarla necə yaşasından, digər iki qızına göstərdiyi qayğılardan, oxuduğu nağıllardan, gəzməyə getdikləri yerlərdən söz açıb.

Ona bütün bunların təxəyyül olduğunu, reallıqda övladlarının olmadığını deyəndə Kleliya şok keçirib. Hazırda onunla psixoloqlar işləyirlər.


Ezoteriklər isə hadisəni belə şərh edirlər ki, qız komada olarkən onun şüuru paralel reallığa köçərək, danışdığı həyatı orada real olaraq yaşayıb.

Samir Quliyev
AzVision.az


Teqlər: Ezoterika  



Xəbər lenti