“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
eSIM üzərindən təqdim olunan bu xidmət yüksək təhlükəsizlik standartlarını qoruyaraq fiziki SIM kartın itirilməsi və ya oğurlanması riskini aradan qaldırır, eyni zamanda plastik kartlardan istifadəyə ehtiyacı azaltmaqla istifadəçilərə bir cihazda bir neçə nömrəni aktivləşdirmək imkanı yaradır.
Qeyd edək ki, bu xidmət fiziki və hüquqi şəxslər üçün 3 il müddətinə təqdim olunur. Aktivləşdirmə “Nar” Müştəri Xidmətlərində həyata keçirilir. eSIM əsaslı “Asan İmza” xidmətinin aktivləşdirmə zamanı PIN kodları əvvəlcədən təqdim edilmir, abunəçilər bu kodları ilk autentifikasiya və ya imzalama prosesi zamanı onlayn şəkildə təyin edirlər. PIN kodların blokdan çıxarılması isə 1847 – “Asan İmza” Çağrı Mərkəzi vasitəsilə onlayn qaydada təmin olunur.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


