Qazaxıstanın volframı Trampın nəzarətinə necə keçdi

   Qazaxıstanın volframı Trampın nəzarətinə necə keçdi
  18 İyun 2026    Oxunub:247
Qazaxıstanın böyük volfram ehtiyatlarını işləmək uğrundan üç ölkə rəqabət aparırdı: ABŞ, Çin, Rusiya. Ötən ilin sentyabrında prezident Kasım-Jomart Tokayev Trampa bildirdi ki, layihəni ABŞ-nin “Cove Kaz Capital” investisiya qrupuna vermək niyyətindədir.
Təxminən həmin əsnada Trampın oğulları “Skyline” şirkətindəki paylarını artırmağa başladılar və səhmlərinə 24 milyon dollar vəsait yatırdılar. Oktyabrın 31-də şirkət Qazaxıstanın volfram yatağının 20%-nə sahibləndi. Bu ilin aprelində isə “Cove Kaz Capital” və “Kaz Resources” qrupları “Skyline” ilə birləşdiklərini elan etdilər.

Mərkəzi Qazaxıstanda ABŞ tərəfindən maliyyələşdirilən 2 layihə - “Northern Katpar” və “Upper Kairakty” $1,6 milyard dəyərində qiymətləndirilir. Hazırda həmin layihələrin 70%-i “Skyline” şirkətinin nəzarətinə keçib.

Şirkətə ABŞ adminstrasiyası, dövlət katibi Rubio və ticarət naziri Latnik tərəfindən birbaşa dəstək verilir.

Tariyel Həsənov
AzVision.az

Volfram Amerika üçün niyə bu qədər vacibdir? Cavabı bu yazıda tapa bilərsiniz:

Hərbi-geosiyasi metal │ TƏHLİL
// ABŞ-nin müdafiə sənayesi Çinin volfram caynağından çıxmağa çalışır


Teqlər: Volfram   Qazaxıstan   Tramp  



Xəbər lenti