Yaratmaq istəyənlər üçün: Kino İnkubasiya Proqramına qeydiyyat başlayır
Proqram üç mərhələdən ibarət olacaq:
Ustad dərsləri
İştirakçılar investisiyaların cəlb edilməsi, ideyanın biznes modelinə çevrilməsi, süni intellektin kinoda tətbiqi, kino marketinqi, ssenari yazılışı və digər mövzular üzrə yerli və beynəlxalq ekspertlərlə görüşəcəklər.
İdeaton – Filmaton
Filmaton çərçivəsində iştirakçılar komandalar şəklində 3 dəqiqəyədək qısa film, film posteri dizaynı, süni intellekt vasitəsilə animasiya filmi, ssenari yazılışı, mobil tətbiq və innovativ xidmətlər istiqamətləri üzrə layihələr hazırlaya biləcəklər.
İnkubasiya proqramı
Seçilmiş komandalar mentorluq, ixtisaslaşmış təlimlər, ofis dəstəyi və film sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları əldə edəcəklər. Hazırlanan layihələr proqramın sonunda baş tutacaq “Təqdimat günü” tədbirində nümayiş etdiriləcəklər.
Proqrama mədəniyyət, incəsənət, dizayn, kino, texnologiya və yaradıcı sənaye sahələri üzrə təhsil alan və fəaliyyət göstərən gənclərin cəlb olunması nəzərdə tutulur.
Qeydiyyat üçün bu linkə daxil olun







Vaxtında, Aydın, Lazımlı!


