Lənkəranda yanacaqdoldurma məntəqəsində qəza

Lənkəranda yanacaqdoldurma məntəqəsində qəza
  09 Dekabr 2013    Oxunub:1434
Partlayışın qarşısı alınıb.
Lənkəran rayonu ərazisində yol qəzası baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə dekabrın 8-də saat 21.45 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Parakənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayon, Hirkan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Cabir Şahverən oğlu Rzayevin idarə etdiyi 90 RK 399 dövlət nömrə nişanlı, “Opel” markalı maşın idarəetməni itirərək, yoldan çıxıb və Astara rayonu Şiyəkəran kənd sakini, 1974-cü il təvəllüdlü, Şahmar Abbasəli oğlu Teymurova məxsus “Teymur Petrol” yanacaqdoldurma məntəqəsinə girib.

Nəticədə iki yanacaqdoldurma aparatını sıradan çıxaran avtomobil alışıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.

Onların səyi nəticəsində yanğının qarısı alınıb, partlayışa imkan verilməyib.

Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti