Gülər Əhmədovanın həbsdə yazdığı şeir - Yuxu

Gülər Əhmədovanın həbsdə yazdığı şeir - Yuxu
  11 Dekabr 2013    Oxunub:1430
Sabiq millət vəkili Gülər Əhmədova həbsxanada şeir yazıb.
AzVision.az "Qafqazinfo"-ya istinadən eks-deputatln "Yuxu" adlı şeirini təqdim edir:

YUXU

Gözümə gəlməyən yuxum, hansı ərşə çəkilmisən
Gedib əsgər yuxusuna oğlum üçün dincəlmisən?
Yoxsa balaca körpənin gözüyaşlı yuxususan,
Bəlkə də qoca anamın dərdli - sərli ürəyisən?

Hara getmisən ay yuxu, tapıb qaytara bilmirəm
Səndə namərd dostlar kimi üz çevirib dönməmisən,
Mənim gözümdə yox yerin, payız quşuna dönmüsən
Hələ tapa bilməmişəm, bəlkə də qan təzyiqisən?

Yuxu mənim dostum olub, məhbəs xəstəliyidir o
Dəmir çarpayımın indi yaddaşına keçibdir, o
Ayılmaq istəməmişəm, bəlkə gedim evimizə
Baxım balaca körpəyə, üstünü də açıbdır o

Dua edib "Anam gəlsin!" sonra biraz ağlayacaq
Sonra küsüb həm özündən, həm də məndən, bayılacaq
Görüş günü hər görəndə "Nə vaxt evə gələcəksən?"
Sorub, sorub, yorulacaq, sonra birdə ağlayacaq.

Yuxum mənim, apar məni, yadındamı adresimiz?
Yuxum mənim, qaytar məni, indi budur sevincimiz!
İndi ancaq yuxularda, görə billəm fidanımı
Ana qucağı əvəzi - oyuncaqla yatanımı.

1 sentyabr 2013 -cü il 4:30


Teqlər:  





Xəbər lenti