Bakıda bomjlar üçün sığınacaq salınacaqmı?

Bakıda bomjlar üçün sığınacaq salınacaqmı?
  12 Dekabr 2013    Oxunub:1805
Hər il qış aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daimi yaşayış yeri olmayan şəxslər üçün səyyar sığınacaqlar yaradılır. Bu sığınacaqlar gündə 3 dəfə yemək, isti su və ilk tibbi yardım xidməti ilə təmin olunur. Ötən il də soyuq qış aylarında paytaxtın bir sıra yerlərində belə sığınacaqlar salınmışdı.

Maraqlıdır ki, bu il belə sığınacaqlar yaradılacaqmı?

Məsələ ilə bağlı AzVision.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İlham Məmmədzadə bununla bağlı qurumda məlumat olmadığını bildirib:

“Bizdə məlumat yoxdur, olanda mətbuata yayacağıq”.

Qeyd edək ki, dünəndən etibarən havalar kəsin soyuyub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların kəskin soyuması ilə bağlı əhaliyə xəbərdarlıq da edib.

Ötən il daimi evləri olmayan sakinlər üçün 5 səyyar sığınacaq yaradılmışdı.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti