Yeni il yarmarkaları keçiriləcək

Yeni il yarmarkaları keçiriləcək
  13 Dekabr 2013    Oxunub:1329
Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil ediləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istehlakçılar bu yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.

Satış yarmarkalarının təşkil ediləcəyi tarixlər və ünvanlar barədə əlavə məlumat veriləcək.

Bununla yanaşı, Yeni il bayramı ərəfəsində və bayram günlərində keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri daha da gücləndiriləcək.


Teqlər:  





Xəbər lenti