Gürcüstanda azərbaycanlıların məktəbi bağlandı

Gürcüstanda azərbaycanlıların məktəbi bağlandı
  17 Dekabr 2013    Oxunub:1125
Güclü külək Saqareco rayonundakı Yor-Muğanlı və Ləmbəli məktəblərinin dam örtüyünü uçurub.
AzVision.az xəbər verir ki, Güclü külək Gürcüstanın Azərbaycanla həmsərhəd olan Kaxeti bölgəsinin Saqareco rayonundakı azərbaycanlıların yaşadığı Qaraçöp mahalının Yor-Muğanlı və Ləmbəli kəndlərindəki məktəb binalarının dam örtüklərini uçurub. Hər iki məktəbdə dərs prosesi müvəqqəti olaraq dayandırılıb.

Qaraçöpdə əhalinin elektrik enerjisi və təbii qazla təminatında da problem yarandığı qeyd olunub. Yaşlı sakinlər belə güclü külək əsməsini xatırlamadıqlarını bildiriblər.

Bölgə quberniyasından verilən məlumata görə, 30 min abonentə elektrik enerjisi verilməsi dayandırılıb.


Teqlər:  





Xəbər lenti