İğdır polisi gömrük rəisinin həbsini gizlədir

İğdır polisi gömrük rəisinin həbsini gizlədir
  18 Dekabr 2013    Oxunub:1679
İğdır Polis İdarəsi Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovla bağlı məlumat verməkdən imtina edib.
İdarənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsindən AzVision.az-a bildiriblər ki, bu barədə ümumiyyətlə məlumat verilə bilməz:

“Bu məsələ ilə bağlı ümumiyyətlə məlumat verə bilmərik”.

M.Seyidovun məhkəməyə təhvil verilməsi məsələsi ilə bağlı qeyd ediblər ki, onlarda bu barədə məlumat yoxdur.

Qeyd edək ki, Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov dekabrın 17-də İstanbuldan qayıdarkən Qars hava limanında təyyarədən endikdən sonra Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirliyinin (polis təşkilatı) Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti