Piyadanı vurub qaçdı

Piyadanı vurub qaçdı
  21 Dekabr 2013    Oxunub:1213
Piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələrini törətmiş sürücülər axtarılır.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində naməlum avtomobillə Bakı sakini Gülnarə Orucova vurulmuşdur.
Xəsarət almış piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Gəncə şəhərində isə yolu keçən şəhər sakini Afət Mehdiyeva naməlum avtomobillə vurulub.

Xəsarət almış qadın xəstəxanaya çatdırılıb.

Ağcabədi rayonu ərazisində isə keçən yolu rayon sakinləri Sevda Abdullayeva və Fatimə Tağıyeva müəyyən edilməyən avtomobillə vurulub.

Hər iki piyada xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, yol-nəqliyyat hadisələrini törədən sürücülərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.


Teqlər:





Xəbər lenti