Tarif Şurasının katibi yeni qərarı şərh etdi - VİDEO

 Tarif Şurasının katibi yeni qərarı şərh etdi -   VİDEO
  05 Yanvar 2021    Oxunub:5712
Xəbər verdiyimiz kimi, yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.

Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Tarif (qiymət) Şurasının katibi Ceyhun Nəcəfov yeni qərara aydınlıq gətirib. Onun qiymət artımı ilə bağlı açıqlamasını təqdim edirik:



Azvision.az


Teqlər: Tarif-Şurası  





Xəbər lenti