Boris, sən də...Boris, sən haqlı deyilsən!

      Boris, sən də...Boris, sən haqlı deyilsən!
  26 Fevral 2025    Oxunub:358
Nadir torpaq metalları üzrə sazişin yenilənmiş variantı Ukrayna üçün ilkin layihədən daha əlverişlidir.
Rusiya-Ukrayna müharibəsinin alovlanmasında və indiyədək davam etməsində müstəsna “xidmətləri” olmuş Böyük Britaniyanın keçmiş baz naziri Boris Consonun fikrincə, Kiyevin bu fürsətdən yararlanması və saziş imzalaması vacibdir, çünki gələcəkdə ABŞ-nin dəstəyi əsas rol oynayacaq.

Nadir torpaq metalları üzrə sazişin son layihəsini gördüyünü iddia edən Boris Conson yalnız sazişin imzalanmasının Kiyevə irəliləmək imkanı verəcəyini düşünür. Belə ki, bu, ABŞ-ni “azad, suveren və təhlükəsiz Ukraynanı” dəstəkləməyə məcbur edəcək.

Minerallar sazişini şərh edən keçmiş baş nazir hətta 1941-ci ildə ABŞ-nin lend-liz müqaviləsi ilə paralellər aparıb. İkinci Dünya müharibəsində müttəfiqlərin Avropadakı ehtiyatları məhz ABŞ-nin uzunmüddətli kreditlərin köməyi ilə dolduruldu.

“Bir tərəfdən baxdıqda, bəli, bu quldurluqdur, 1941-ci ildə lend-liz də belə idi. Amerikalılar o zaman bizi aldatdılar. Mən başa düşürəm ki, bu saziş sizin ölkəniz üçün qəsb ola bilər. Amma mən həqiqətən düşünürəm ki, biz bu mərhələdən keçməliyik və bu razılaşmanın əslində nə olduğunu dərk etməliyik”, - Boris Conson “Poltiico” nəşrinə müsahibəsində deyib.

Böyük Britaniyanın keçmiş baş nazirinin iddiasına görə, sazişin birinci variantı ilə müqayisədə hazırda Ukrayna daha yaxşı şərtlərə nail olub. O, Ukraynanı yeni sazişi imzalamağa çağırır: “Mən bu sənədə baxıram və Ukrayna üçün müsbət şeylər görürəm”.
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp bu sövdələşməni öz tərəfdarlarına və respublikaçı skeptiklərə nailiyyət kimi göstərə biləcək.

Boris Consonun Ukraynanı bir əslrlik təzminatlar ödəmək barədə öhdəlik götürməyə çağırması, istər-istəməz, Qədim Roma imperatoru Qay Yuli Sezarın sui-qəsdçilərlə bərabər onu xəncərlə vuran dostu mark Yuniy Bruta “Brut, sən də!” müraciətini yada salır. Çünki Bayden adminsitrasiyasının işbazları ilə əlbir olub Ukraynanı Rusiya ilə müharibə avantürasına sürükləyənlərdən biri və bəlkə də ən birincisi elə Boris Consondur.

Üstəlik, hələ 2022-ci ilin mart-aprel aylarında Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdikləri danışıqlar nəticəsində əldə olunan razılaşmalardan Kiyevin geri çəkilməsi də Boris Consonun bu münaqişənin indiyədək davam etməsində əlahiddə “xidmət”lərinin təzahürüdür.

İstanbul sazişinin imzalanması ərəfəsində Kiyevdə Ukrayna prezidenti Volodomir Zelenski ilə görüşən Boris Conson ona Qərbin son ana qədər nərbi-maliyyə dəstəyini vəd edərək, bu addımı atmaqdan çəkindirdi. Həmin danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya 2023-cü ilin noyabrında verdiyi müsahibədə onun oynadığı rolu vurğulayıb.

- Həmin vaxt Kiyevə gələn Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya heç nə imzalamamağı və “sadəcə döyüşməyi” tövsiyə etdi”, - ukraynalı siyasətçi deyib.

Halbuki, həmin razılaşmlara görə, Ukrayna daha az itkilərlə müharibənin dayadırılmasına və təhlükəsizlik təmiatının verilməsinə nail ola bilərdi. Rusiya hətta işğal etdiyi bəzi Ukrayna ərazilərindən çıxmağa da hazır olduğunu bildirmişdi. Moskva və Kiyev Ukraynanın neytral ölkə statusu və onun Avropa İttifaqına daxil olmasına icazə veriləcəyi barədə razılığa da gəlmişdilər. Təsadüfi deyil ki, Ukraynanın həmin danışqılardakı nümayəndə heyətinin üzvlərindən birinin sözlərinə görə, bu, Kiyevin imzalaya biləcəyi ən yaxşı sövdələşmə idi.

The Economist: “Kiyev 100 illərlə təzminat ödəyəcək”
Amma bu gün Donald Trampın mineralların hasilatı ilə bağlı təklif etdiyi razılaşma belə Ukraynaya Kiyevi qane edən təhlükəsizlik təminatını nəzərdə tutmur. Bu baxımdan, Boris Consonun müqavilənin yeni varinatını imzalamaq barədə çağırışı siyasi oyunbazlığın ən bariz nümunəsidir. Amma məhz özünün təkidi ilə indiyədək davam edən Rusiya-Ukrayna müharibəsində yüz minlərlə insanın həlak olması, ömürlük əlilə çevrilməsi və Ukraynanın daha böyük ərazi itikiləri ilə üzləşməsi kimi faciələr Böyük Britaniyanın keçmiş baş nazirində heç bir narahatlıq doğurmur.


Boris Consonun əslində Ukraynanı təslimçiliyə çağırışı kontekstində daha bir tarixi hadisəni xatırlatmaq yada düşür. 1988-ci il iyulun 1-də o vaxt SSRİ-nin mərkəzi hakimiyyətinə müxalifətə keçmiş Boris Yeltsin Sovet İttifaqı Kommunist partiyasının 19-cu konfransında çıxışında Mərkəzi Komitənin katibi Yeqor Liqaçovun Siyasi Bürodan çıxarılması tələbini irəli sürdü. Onun nitqinə Liqaçov çox maraqlı replika ilə müdaxilə etdi.

- Boris, sən haqlı deyilsən. Biz sizinlə yalnız taktika baxımından razı deyilik. Boris, sənin böyük enerjin var, amma bu enerji yaradıcı deyil, dağıdıcıdır!”, - Yeqor Liqaçov vurğuladı.

Yeri gəlmişkən, sonradan Rusiyanın prezidenti olacaq və SSRİ-nin son rəhbəri Mixail Qorbaçov kimi qatı ermənipərəst mövqeyi ilə seçiləcək Boris Yeltsinin Sverdlovsk vilayətinin rəhbəri vəzifəsindən Moskvanın rəhbəri vəzifəsinə gətirilməsi də məhz Yeqor Liqaçovun xidməti idi.

Boris Consonun Kiyevə son tövsiyyəsi fonunda “Brut, sən də!" "Boris, sən hqalı deyilsən!” tarixi kəlamları tam yerinə düşür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Conson   saziş   tövsiyyə  





Xəbər lenti