Bakıda söz götürməyən oğlan qan tökdü
AzVision.az xəbər verir ki, Rayon Polis İdarəsindən Milli.Az-a bildirilib ki, taksi fəaliyyəti ilə məşğul olan İ.Əliyevi İlham və Ceyhun saxlatdıraraq maşını yüksək sürətlə idarə etməkdə günahlandırıblar. Onların hərəkətini İ.Əliyev özünə ayıb bilərək hər ikisini bıçaqlayıb və hadisə yerindən qaçıb.
DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti və Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əliyev Yalama keçid məntəqəsində tutulub. O, məsuiliyyətdən yayınmaq üçün ölkədən qaçarkən ələ keçib.
Teqlər: