Şabranda həkim çatışmamazlığı yaşanır - VİDEO

Şabranda həkim çatışmamazlığı yaşanır - VİDEO
  15 Fevral 2014    Oxunub:5716
Şabran Rayon Mərkəzi Xəstəxanasında 11 həkim və 35-dən artıq tibb bacısına ehtiyac var.
Şabran rayonunda həkim çatışmazlığı yaşanır. Ötən il rayon mərkəzi xəstəxanasında 3 həkim və 15 tibb bacısı işə götürülüb. Buna baxmayaraq tibb müəssisəsində səhiyyənin bir sıra sahələrində çalışacaq kadrlar yoxdur. Bura infeksionist, pediatr, ailə həkimi və digər sahələr aiddir. Şabran MRX-nın baş həkimi Aslan Usubov bildirir ki, vəziyyətlə bağlı Səhiyyə Nazirliyinə müraciət olunub.

AzVision.az RTV-yə istinadən xəbər verir ki, 86 çarpayılıq və müasir tibbi avadanlıqlara təchiz edilən Şabran MRX-da 11 həkim və 35-dən yuxarı tibb bacısına ehtiyac var. Baş həkimin sözlərinə görə, çatışmazlığın yaranmasında əsas səbəb rayonda tibb sahəsini bitirən şəxslərin az olmasıdır. Həkim çatışmazlığı rayonun kəndlərində də özünü göstərir.

Şabranda mərkəzi xəstəxana ilə yanaşı 15 çarpayılıq Ağalıq sahə xəstəxanası, eləcə də 9 həkim, 21 tibb məntəqəsi fəaliyyət göstərir.




Teqlər:





Xəbər lenti