6 aylıq körpə yol qəzasında ölüb

6 aylıq körpə yol qəzasında ölüb
  16 Fevral 2014    Oxunub:1344
Hadisə fevralın 15-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 195-ci kilometrliyində, Göyçayın Qaraməryəm kəndi ərazisində qeydə alınıb.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Göyçayda baş verən yol qəzasında ailənin bir üzvü ölüb, 3 üzvü ağır xəsarət alıb.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə fevralın 15-də axşam saat 20:00 radələrində yolun 195-ci kilometrliyində, Göyçayın Qaraməryəm kəndi ərazisində qeydə alınıb. Göyçay şəhər sakini 1980-ci il təvəllüdlü Ayaz Ağarəhimovun idarə etdiyi 55-BE-717 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn 90-XE-769 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü Ayaz Ağarəhimov, onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Günel Ağarəhimova, övladı 2004-cü il təvəllüdlü Zərəngül Ağarəhimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ailənin 6 aylıq körpəsi Məhəmməd Ağarəhimov aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti