Salyanda maşın kanala düşdü, sürücü öldü

Salyanda maşın kanala düşdü, sürücü öldü
  16 Fevral 2014    Oxunub:1394
Salyanda maşın kanala düşüb, sürücü ölüb. AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Salyan rayonu, Kürsəngi kəndi ərazisində "VAZ" markalı minik avtomobili kanala düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1949-cu il təvəllüdlü Məhərrəmov Mais Sandalı oğlunun deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində boğularaq, həlak olması məlum olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çıxarıb, cəsədi isə aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:





Xəbər lenti