QMİ şeyxin qadağa xəbərini təkzib etdi

QMİ şeyxin qadağa xəbərini təkzib etdi
  17 Fevral 2014    Oxunub:1258
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) din xadimlərinin mətbuata qadağa qoyması haqda məlumatlara aydınlıq gətirib.

QMİ-nin sədr müavini hacı Fuad Nurullayev AzVision.az-a açıqlamasında bildirib ki, qurum tərəfindən dindarlara hər hansı qadağa qoyulmayıb.

“Belə bir şey ola bilməz. Hamı azaddır. Bizdə elə bir qadağa ola bilməz. Bizdə tam sərbəstlik var. Mətbuat xidməti ilə əlaqə saxlayıb istədiyiniz suala cavab ala bilərsiz”.

Qeyd edək ki, Aznews.az-ın verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nüfuz dairəsində olan din xadimlərinə media ilə əməkdaşlıqda müəyyən qadağalar tətbiq edib. Bildirilb ki, İdarədən nüfuzlu din xadimlərinə, Qazılar Şurasının üzvlərinə, o cümlədən adıçəkilən qurumda yüksək post tutan şəxslərə mətbuatla mümkün qədər az əməkdaşlıq etmək, hətta müsahibə verməmək kimi tapşırıq verilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti