Ermənilər Qarabağ haqda yeni film çəkirlər - VİDEO

Ermənilər Qarabağ haqda yeni film çəkirlər - VİDEO
  17 Fevral 2014    Oxunub:1910
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Tevanik” filmi mayda ekranlara çıxacaq.

AzVision.az xəbər verir ki, erməni kinematoqrafçıları litvalı həmkarları ilə birlikdə Dağlıq Qarabağ haqqında yeni film çəkirlər. “Tevanik” adlı filmdə söhbət 14 yaşlı 3 erməni uşağının müharibə fonunda dəyişən taleyindən bəhs olunur.

Filmin rejissoru Civan Avetisyanın sözlərinə görə, film bütünlüklə, Dağlıq Qarabağda çəkilib. Litvalı bəstəkar Yonas Yurkunas simfonik orkestrin müşayəti ilə filmə mahnı bəstələyəcək.

Bundan başqa litvalı ekspertlər filmin rəng, qrafika, xüsusi effektləri üzərində çalışacaq. “Tevanik” filminin mayda keçiriləcək Kann kinofestivalında təqdim olunması gözlənilir. Çəkilişlərdə maliyyə dəstəyini “Dağlıq Qarabağ hökuməti” və “Ermənistan Kino Mərkəzi” göstərib.



Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti