24 yaşlı gənci maşın vurub, vəziyyəti ağırdır

24 yaşlı gənci maşın vurub, vəziyyəti ağırdır
  19 Fevral 2014    Oxunub:1154
Bu gün axşam saatlarında Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, Elmar Abdulrəhmanovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Şabran rayonu, Sicanboyad kənd sakini 1989-cu il təvəllüdlü Hüseynov Mahir Əlişah oğlunu vurub. Qəza nəticəsində piyada ağır bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti