Özünü yandıran qadın xəstəlikdən əziyyət çəkirmiş

Özünü yandıran qadın xəstəlikdən əziyyət çəkirmiş
  19 Fevral 2014    Oxunub:1461
Bu gün Bakının Nəsimi rayonuŞ Məhərrəmov küçəsi 38 ünvanında yaşayan 79 yaşlı Şəfiqə Quliyeva üstünə yanacaq tökərək özünü yandırıb.
Dərhal hadisə yerinə həkim və polis əməkdaşları çağrılıb. Qadın ağır vəziyyətdə 5 saylı xəstəxananin yanıq mərkəzinə çatdırılıb. Hazırda Şəfiqə Quliyeva xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Həyatına qəsd etmək istəyən Şəfiqə Quliyevanın yaxınları bildirdilər ki, o bir müddət imiş xəstəlikdən əziyyət çəkirmiş. Son zamanlar ağrıları artan ahıl yaşlı qadın sonda buna dözməyərək intihar etmək istəyib. Qadın özünü yandıran zaman evdə tək olub və onun fəryadına əvvəlcə qonşular çatıb.

Hazırda faktla bağlı Nəsimi rayon polis idarəsi və prokurorluğunun əməkdaşları tərəfindən araşdırmalar aparılır. Qadının dəqiq nə səbəbdən intihar etmək istəməsi isə araşdırmalardan sonra məlum olacaq.


Teqlər:  





Xəbər lenti