Dumanlı gələcək

Dumanlı gələcək
  19 Fevral 2014    Oxunub:1559
Mehman Telmanoğlu

O gün orta məktəblərdən birinin qarşısından keçirdim. Tənəffüs idi deyəsən. Məktəbin qarşısında yeniyetmə oğlanlar siqareti elə həvəslə sümürürdülər ki... Ciyərlərə hər alınan tüstü xəyalımda gələcək nəslin soyqırım görüntüsünü asanlıqla canlandırmağa imkan verirdi. Bəli, siqaret məhv edir! Bu yeni xəbər deyil. Həm də onun tüstüsünü məcburən udanları.
`Siqaretə Yox` kampaniyaları çox keçirilir. Bəzən kimlərsə buna elə kampaniya gözü ilə baxırlar. Amma problemin kökündə insan sağlamlığı, millətin ğenefondu və s. kimi məsələlər dayandığından bu aksiyaların davamlı olmasını, hətta həyat tərzinə çevrilməsini istəyirik. Çox vaxt isə bunun tam əksini görürük. Məsələn, o gün yerli seriallardan birində açıq formarda, özü də qadın aktrisanın siqaret çəkmə səhnəsini də belə təəssüflə izləyəndən sonra narahatlığım birə on artdı. İnsanlar siqaret çəkmə əleyhinə aksiya və kampaniyalar keçirir, yerli serial və kliplər bu zəhməti hədər edirlər. Bu həm də siqaret əleyhinə gələcəkdə qəbul edilən qanunların işləyib-işləməyəcəyi sualını da aktual edir.

Bəlkə də, çoxlarının yadından çıxıb və ya ümumiyyətlə bilmir ki, Azərbaycanda ictimai nəqliyyatda siqaret çəkməyi qadağan edən qanun var. Bir də xatırladım. 2011-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları“na əlavələr edilib. Belə ki, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda sürücülərin siqaret çəkməsi qadağan olunub. Qərardan sonra ictimai nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edildi ki, avtobuslarda siqaret çəkənlər 40 manatdan 50 manatadək cərimə olunacaq.

Bu, doğru bir qərar. Amma bəzən qaydaları pozanlar və onlara göz yumanlar da var. Yanımda “o gün avtobusda sürücü elə siqaret şəkirdi ki, lap boğulduq”,- deyən tanışım olmasaydı bu qərarı xatırlatmayacaqdım. Üstündən vaxt keçir, sonra elə bil ki, yadımızdan belə mühüm qərarlar çıxır. Rəsmiləri qınamıram. Ola bilsin ki, sürücünün siqaret çəkdiyini onlar həmin vaxt görməyə bilər. Bəs salonda o tüstüdən boğulan biz sərnişinlər niyə sakit oturmalı, səsimizi çıxartmamamalıylq? Bunun üçün hətta qaynar xəttlər də mövcuddur. Bəzən ictimai qınaq da olmalıdır axı...

...Və çoxdandır müzakirəsi keçirilən və səbrsziliklə ğözlədiyimiz “İctimai yerlərdə siqaret çəkməni qadağan edən qanun” haqqında da yazmaq istəyirəm. Artıq dünyanın əksər ölkələrində bu qanun işləyir və öz vətəndaşlarını bu pis vərdişin iyrənc caynaqlarından xilas edir. Azərbaycanda isə qanunun qəbulu bilmirən niyə, amma çox uzanır. Hər keçən gün gələcəyimizi siqaret tüstüsü kimi dumanlı edir. Yanan papirosları söndürmək istəyən layihə müəlliflərini hər birimiz dəstəkləməliyik. Biz siqaret tüstüsündən boğulmaq istəmirik, biz dumansız gələcək istəyirik! Üst-başımızın tütün qoxumasından bezmişik! Bizi bu tüstüdən xilas edin!


Teqlər:





Xəbər lenti