Ən yaxşı həyat Vyanadadır

Ən yaxşı həyat Vyanadadır
  20 Fevral 2014    Oxunub:1934
Vyana həyat keyfiyyəti indeksində yenidən birinci yerə çıxdı.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, İnsan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi „Mercer“ 2014-cü il üçün „Yaşayış keyfiyyətinin renkinqi“nə görə dünya şəhərlərinin yeni siyahısını açıqlayıb.

Dünyanın 223 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda Avstriyanın paytaxtı Vyana şəhəri yenidən birinciliyi qoruyaraq, növbəti dəfə dünyanın ən yaşamalı şəhəri statusunu özündə saxlayıb. Vyana sakinlər üçün tibbi və sağlamlıq xidmətləri, ictimai xidmətlər, infrastruktur və nəqliyyat, sosial-mədəni inkişaf sahələrində mövcud şəraitin ən yüksək səviyyədə inkişafına görə 2009-cu ildən bəri bu siyahıya liderlik edir.
İsveçrənin Sürix şəhəri siyahıda ikinci, Yeni Zelandiyanın Oklend şəhəri üçüncü, Almaniyanın Münxen şəhəri isə beşinci yeri tutublar. Altıncı yerdə qərarlaşan Vankuver (Kanada) Şimali Amerikanın ən yüksək həyat keyfiyyətinə malik şəhəri kimi siyahıda yer alıb. Siyahıda 25-ci yerdə duran Sinqapur Asiyanın, 69-cu yeri tutan Puent-a-Pitr (Qvadelupa adaları) Mərkəzi və Cənubi Amerikanın, 73-cü yerdə qərarlaşan Dubay Yaxın Şərq və Afrikanın ən yüksək keyfiyyətli şəhəri olublar.

Həyat keyfiyyəti araşdırmasında sonuncu yerdə İraqın paytaxtı Bağdad şəhəri dayanır.

Siyahı siyasi sabitlik, cinayətkarlığın səviyyəsi, ekoloji təmizlik, infrastruktur və ictimai nəqliyyat sistemi, asudə vaxtın təşkili imkanları nəzərə alınmaqla 10 kateqoriyada təsnif olunan 39 faktor əsasında tərtib edilir.


Teqlər:





Xəbər lenti