BDU-dan tələbələrin aksiya xəbərinə REAKSİYA

BDU-dan tələbələrin aksiya xəbərinə REAKSİYA
  20 Fevral 2014    Oxunub:1194
Bakı Dövlət Universiteti (BDU) tələbələrin aksiya keçirəcəyi haqda məlumatlara aydınlıq gətirib.
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova AzVision.az-a açıqlamasında universitetdə hər hansı aksiyanın olmayacağını bildirib.

“Universitetdə hər hansı aksiya olmayacaq. Nazirlər Kabinetinin əmrinə əsasən, kredit sayı 30-u keçən tələbələr alt qrupda pullu təhsil alacaqlar. Amma Bakı Dövlət Universitetində belə tələbələrin sayı çox azdır. Əsasən kreditləri 30-a qədər olan tələbələrdir ki, onlar da alt qruplarda pulsuz təhsil alacaqlar”-deyə BDU rəsmisi açıqlama verib.

Qeyd edək ki, Bu gün Bakı Dövlət Universitetində kəsiri olan tələbələrin aksiya keçirəcəyi bildirilirdi.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti