Xocalı soyqırımı `Qahirə` telekanalında

Xocalı soyqırımı `Qahirə` telekanalında
  20 Fevral 2014    Oxunub:1484
”Qahirə" telekanalında Xocalı soyqırımı ilə əlaqədar veriliş efirə gedib.
2014-cü ilin 17 fevral tarixində Misirin "Qahirə" televiziya kanalında Xocalı soyqırımı ilə əlaqədar veriliş efirə gedib.
Azərbaycanın Misirdəki səfirliyindən AzVision.az –a verilən məlumata görə, verilişdə Xocalı haqqında ərəb dilində "Məhv edilmiş şəhər" sənədli filmi göstərilib.

Filmdə Xocalı hadisələrinin baş vermə səbəbləri, Sovet İttifaqı rəhbərliyinin erməni separatçılarına, Ermənistan hökümətinə havadarlığı, 1992-ci il 25-26 fevral tarixində Xocalıda dinc Azərbaycan əhalisinə qarşı törədilmiş vəhşiliklər geniş şəkildə nümayiş etdirilib.

Veriliş çərçivəsində müsahibə verən səfir Şahin Abdullayev 1980-ci illərin sonlarından başlayaraq, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verərək, SSRİ-in dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladığını və Xocalı şəhərinin bu açıq-aşkar təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulayıb.

Xocalı əməliyyatının təşkil edilməsində o zaman Dağlıq Qarabağda dislokasiya olunan keçmiş SSRİ-in 366-cı alayının da iştirak etdiyini deyən Ş.Abdullayev Xocalının insanlıq əleyhinə cinayət olduğunu bildirib və Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırıb.


Teqlər:  





Xəbər lenti