Ev sahibin bıçaqlayıb evi yandırdı

Ev sahibin bıçaqlayıb evi yandırdı
  21 Fevral 2014    Oxunub:1140
Gəncədə ev sahibi bıçaqlandıqdan sonra evində yandırılıb.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün axşam saatlarında Gəncə şəhər yanğından mühafizə xidmətinə Dədə Qorqud küçəsi, bina 30, mənzil 35-də yanğının baş verməsi ilə bağlı məlumat daxil olub.

Dərhal hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürüldükdən sonra evdə 67 yaşlı Maral İsmayılovanın yanmış cəsədi aşkar edilib. Meyitin ilk müayinəsi zamanı məlum olub ki, Maral İsmayılovaya bıçaqla xəsarət yetirilib. Ilkin ehtimala görə, qeyd olunan ünvanda naməlum şəxs və ya şəxslər cinayətin izini itirmək məqsədilə mənzildə yanğın törədiblər.
Qeyd edək ki, Maral İsmayılova Gəncə şəhəri 39 saylı tam orta məktəbin rus dili müəllimidir.

Hazırda faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti