Mingəçevirdə eyni mağazadan 3-cü dəfə oğurluq olub

Mingəçevirdə eyni mağazadan 3-cü dəfə oğurluq olub
  21 Fevral 2014    Oxunub:1182
Mingəçevir şəhərində sahibkar mağazasından oğurluq edilib. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə şəhərin Əliağa Vahid küçəsindəki 2 saylı ünvanda yerləşən ərzaq mağazasında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər gecə saatlarında Gülər Nəbiyevaya məxsus mağazanın qapısını sındıraraq içəri daxil olub və oradan 3 min manat dəyərində ərzaq malları oğurlayıblar. Mağaza sahibinin sözlərinə görə, onun ərzaq mağazası artıq 3-cü dəfədir ki naməlum şəxslər tərəfindən talan edilir.

Ötən dəfə ki oğurluq hadisələri zamanı isə mağaza sahibinə 2100 manata yaxın maddi ziyan dəyib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Hər üç oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Teqlər:





Xəbər lenti