Ziya Bünyadovun qətlindən 17 il keçdi

Ziya Bünyadovun qətlindən 17 il keçdi
  21 Fevral 2014    Oxunub:1113
Bu gün Azərbaycanın görkəmli elm və ictimai-siyasi xadimi akademik Ziya Bünyadovun vəfatının 17-ci ildönümüdür.
AzVision.az xəbər verir ki, mərhum akademik 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirib. İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçirib. 1945-ci il 27 fevralda ona Sovet İttifaqı Qəhramanı adı verilib.

Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib.O, 1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib Azərbaycana qayıdıb.

Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin ən məşhur tədqiqatçilarından biridir. Z.Bünyadov alban tarixçisi M.Qoşun "Alban xronikası" əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin "Abidələrin xülasısi və qüdrətli hökmüdarın möcüzələri" 1971-ci ildə və Nəsəvinin "Sultan Cəlaləddin Mankburnin həyatının təsviri" əsərini 1973-cü ildə Ərəb dilindən rus dilinə tərcümə edib.

1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsirlər tarixi" şöbəsinin rəhbəri olub. Elə həmin ildə o, tarix elimləri doktoru elmi dərəcəsi və 1965-ci ildə isə professor adına layiq görülüb. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

1981-ci ildən isə Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixcilərin yalançı iddialarını faktlarla ifşa edib.

Akademik SSRİ-nin Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilib.

O, 1997-ci il fevral ayının 21-də cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Ziya Bünyadovun özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur… Mənim əsl adım Ziyavuddin, atam – şeyx Musa, babam – şeyx Məsum, atamın babası – şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki, mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm… Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti