Ən unikal metro stansiyasının tikintisi - FOTOLAR

Ən unikal metro stansiyasının tikintisi - FOTOLAR
  23 Fevral 2014    Oxunub:1957
“Memar Əcəmi-2” stansiyası nəhəngliyinə görə bu vaxta qədər tikilən metro stansiyalarından fərqlənəcək.
Bakının ən nəhəng metrostansiyası bu ilin ortalarında istifadəyə veriləcək. Bakı Metropolitenində istifadəyə veriləcək “Memar Əcəmi-2” stansiyası nəhəngliyinə görə bu vaxta qədər tikilən metro stansiyalarından fərqlənəcək.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Metropolitenindən verilən məlumata görə, yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Stansiya kompleksinin uzunluğu 166,7 m., platformanın uzunluğu 144 m., dərinliyi isə 30,5 m. təşkil edir.

“Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarət olacaq. Hər bir mərtəbənin hündürlüyü isə 5,8 m.-dir. Metrostansiyanın 3 çıxışı olacaq. “Memar Əcəmi-2” stansiyasında 16 eskalator, 4 lift işləyəcək

Metrostansiyanı digərlərindən fərqləndirən cəhətlərdən biri isə Azərbaycanda ilk dəfə olaraq “Memar Əcəmi-2” stansiyasında “divarda qrunt” üsulunun tətbiq olunmasıdır. Bu da tikinti zamanı ətrafa az ziyan vurmaq, daha az pul xərcləmək və s. imkanları yaradır.

Müşahidələr zamanı artıq stansiyanın tikintisinin başa çatdığını gördük. Hazırda stansiyanın içərisi təmir olunur. Təmir başa çatdıqdan sonra stansiyaya avadanlıqlar gətiriləcək. Yeni stansiyada müasir işıqlandırma ilə yanaşı, təbii işıqlandırılma sistemi də tətbiq olunacaq.

Qeyd edək ki, “Memar Əcəmi-2” stansiyasında da “Avtovağzal”da olduğu kimi təhlukəsizlik qapıları ilə platforma stansiya yolundan ayrılacaq. Yəni, stansiyada sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq.

Təhlükəsizlik tədbirlərindən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb.

Belə ki, metroda ventilyasiya sistemi yanaşı, kondisioner sistemi də tətbiq olunacaq. Bununla da qışda metroda sərnişinlər soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcək. Eskalatorlardan əlavə liftlər və travilatorlar quraşdırılacaq.

Xüsusən də fiziki cəhətdən qüsurlu olanlara rahat şərait yaradılacaq. Stansiyanın 9 giriş-çıxışı olacaq. Yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.

Qalereya




Teqlər:  





Xəbər lenti