Əhmədlidə dəhşətli yol-nəqliyyat qəzası

Əhmədlidə dəhşətli yol-nəqliyyat qəzası
  25 Fevral 2014    Oxunub:2112
VAZ 2107 qadın piyadanı vurub havaya uçurtdu.
Fevralın 24-də axşam saat 19:15 radələrində Bakının Əhmədli qəsəbəsində dəhşətli yolnəqliyyat hadisəsi baş verib. Xətai rayonu, M.Hadi küçəsində VAZ 2107 markalı "Jiquli" yolu qarşı tərəfə keçmək istəyən qadını vurub.

Hadisənin şahidlərinin musavat.com-a verdiyi məlumata görə, Ukrayna dairəsi tərəfdən yüksək sürətlə H.Aslanov metrostansiyası istiqamətinə hərəkət edən "Jiqulu" qoşa xəttin üstündə dayanmış piyadanı görməyib. Nəticədə piyadanı elə gəldiyi sürətlə də vurub 2-3 metr yuxarı atıb. Zərbənin təsirindən piyada yan tərəfdə gedən maşının təkərinə də dəyib. Xətai rayon Yol Patrul Xidmətindən musavat.com-a deyiblər ki, vurulan piyada elə hadisə yerindəcə ölüb. Onu vuran Məhərrəmov Cəlal Qorxmaz oğluna məxsus 90-LZ-586 dövlət nömrə nişanlı VAZ 2107 markalı maşın da artıq saxlanıb.

AzVision.az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Xidmətdən bildirildiyinə görə, hadisə nəticəsində həlak olan piyada 49 yaşlı Qəmbərova Gülnarədir.


Teqlər:  





Xəbər lenti