Nazirlik AMİ-nin Gəncə filialını ləğv etmədi

Nazirlik AMİ-nin Gəncə filialını ləğv etmədi
  25 Fevral 2014    Oxunub:1425
Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Universitetinin (AMİ) filiallarının bağlanması və orada çalışan əməkdaşların işlə təminatı məsələsinə yenidən münasibət bildirib.

AzVision.az xəbər verir ki, nazirliyin facebook səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, institutun hər hansı filialının fəaliyyəti dayandırıldığı halda, orada çalışan əməkdaşların işlə təmin olunma məsələsi qanunvericiliyə uyğun həll ediləcək.

Açıqlamada o da bildirilib ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı ləğv olunmayıb. Sadəcə olaraq, bu ildən qeyd olunan filiala tələbə qəbulu planlaşdırılmayıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti